5-6 aprel tarixlərində Bakı şəhərində Sərhədçi Olimpiya İdman Kompleksində "Grand Prix" Azərbaycan beynəlxalq karate turniri keçirilib
Ölkəmizin ev sahibliyi etdiyi turnirdə 30 ölkənin idmançısı iştirak edib. Yarışın nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment ixtisasının I kurs tələbəsi Qafar Hüseynov III yerin qalibi olub.