7 iyulda NDU-nun Tibb fakültəsinin 240 nəfərlik həkim, müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin təcrübə proqramına start verilib

7 iyul tarixindən Türkiyənin qabacqıl ali təhsil müəssisələrində NDU-nun Tibb fakültəsinin 240 nəfərlik həkim, müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin təcrübə proqramına start verilib.

Proqram çərçivəsində NDU-nun Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun rəhbərliyi ilə Stomatologiyası ixtisası üzrə təhsil alan tələbələr Qazi Universitetinin Stomatologiya fakültəsində təcrübədədirlər.

Tələbələr Ortodontiya, Ağız,üz-çənə cərrahiyyəsi, Oral radiologiya, Paradontologiya, Endodontiya, Protez bölmələrində 3-4 nəfərlik qruplar şəklində təcrübə keçir, bilik və bacarıqlarını artırırlar.