7 iyul tarixindən Qazi Universitetinin Tibb fakültəsində Naxçıvan Dövlət Universitetinin müəllim, həkim və tələbələrinin təcrübə proqramı davam edir

7 iyul tarixindən Türkiyənin nüfuzlu Qazi Universitetinin Tibb fakültəsində Naxçıvan Dövlət Universitetinin müəllim, həkim və tələbələrinin təcrübə proqramı davam edir.

NDU-nun Tibb fakültəsinin "Tibb", "İctimai səhiyyə", "Hərbi tibb" ixtisasları üzrə tələbələri Qazi Universitetində 3-4 nəfərlik qruplar şəklində Daxili xəstəliklər, Ginekologiya, Təcili tibbi yardım, Pediatriya bölmələrində təcrübə keçirlər. Burada tələbələr mövcud tibbi müayinələrdə iştirak edir, bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, təcrübə dövrü 18 iyul tarixinədək davam edəcək.