Aprelin 25-də “Azərbaycan Psixoloqlarının I Forumu” keçirilib.

Aprelin 25-də Naxçıvan  Dövlət Universitetinin təşkilatçılığı, Naxçvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə “Azərbaycan Psixoloqlarının I Forumu” keçirilib.

Forum çərçivəsində bölmə iclaslarında ümumilikdə 7 istiqamətdə 21 təşkilatın 137 nəfər təqdidqatçısı tərəfindən təqdim olunan 125 tədqiqat üzrə məruzələr 3 salonda dinlənilib. Çıxışlar aktuallığı və mövzu ətrafında əhatəli məlumatların zənginliyi ilə diqqət çəkib.