Aprelin 25-də “Azərbaycan Psixoloqlarının I Forumu” keçirilib

Aprelin 25-də Naxçıvan  Dövlət Universitetinin təşkilatçılığı, Naxçvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə “Azərbaycan Psixoloqlarının I Forumu” keçirilib

Qeyd edək ki, 25-26 aprel tarixlərini əhatə edən forum iki gün ərzində zəngin proqram tərkibi ilə yadda qalıb. Aprelin 25-i bölmə iclasları keçirilib. Aprelin 26-da isə xüsusilə təlim və vörkşoplar təşkil olunub. Təcrübəli mütəxəssislərin təqdimatında 8 mövzuda 8 zalda keçiriləcən təlim və vörkşoplarda aktual məsələlər ətrafında müasir praktik yanaşmaların və tətbiqlərin paylaşılması təmin edilib. Eyni zamanda Naxçıvan MR-in bütün ümumtəhsil məktəblərinin psixoloqları, NDU Tibb fakültəsinin “Psixologiya” ixtisasında təhsil alan tələbələri, NDU-dan və müxtəlif universitetlərdən qatılan mütəxəssislər iştirak edib.