Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kolleci 2024/2025-ci tədris ili üçün "Hərbi Feldşer işi" ixtisasına tələbə qəbulu ELAN edir

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer işi”  ixtisasında təhsil Azərbaycan dilində, əyani formada 3 il müddətinə aparılır. Dövlət təhsilalanların qeyd olunan ixtisas üzrə pulsuz təhsil almaq hüququnu təmin edir.

    “Hərbi feldşer işi”  ixtisasına cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən, sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar qəbul edilir.

     Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer işi” ixtisasına  qəbul olunmaq istəyən namizədlər 01.04.2024-cü il tarixdən  30.04.2024-cü il tarixədək Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin sənəd qəbulu komissiyasına ərizə ilə müraciət etməlidirlər.

     Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 1. “Abituriyentin elektron ərizəsi”nin surəti;

 2. Şəxsən yazılmış tərcümeyi-hal;

 3. Doğum haqqında şəhadətnamənin surəti (məktəbin direktoru tərəfindən  təsdiq olunmuş);

 

 4. Şəxsiyyət vəsiqəsinin surəti (məktəbin direktoru tərəfindən təsdiq  olunmuş);

 

 5. Cari ildə məzun olması haqqında arayış;

 

 6. Təhsil aldığı yerdən xasiyyətnamə;

 

 7. 2 ədəd rəngli fotoşəkil (3 x 4);

 

 8. Valideynlərin və ya qəyyumluq edən şəxslərin razılıq ərizələri ( valideynləri vəfat etdiyi halda ölüm haqqında şəhadətnamənin surəti);

 

 9. Tibbi göstərişlərə görə qanın Vasserman, İİÇV sereoloji reaksiyasına və hepatit B, C daşıyıcılığına müayinəsinin nəticələri;

 

 10. Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi xəstəliklər üzrə qeydiyyatda olub-olmadığı haqqında arayışlar.     

                                      

 

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ NAXÇIVAN TİBB KOLLECİNİN  “HƏRBİ FELDŞER İŞİ” İXTİSASINA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:

       Namizədlər“Abituriyentin elektron ərizəˮsində orta ixtisas təhsil formasını seçərək,  Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin sənəd qəbulu komissiyasına ərizə ilə müraciət edir. Namizədlərin adlı siyahısı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinə göndərilir. Qeydə alınan namizədlərixtisas seçimi zamanı  Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan TibbKollecinin “Hərbi feldşer işi” ixtisasınıseçməlidir. Namizədlər “Hərbi feldşer işi” ixtisasına Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi tərəfindən keçirilən buraxılış imtahan nəticələri əsasında qəbul edilirlər.

 

      İxtisas seçimi zamanıNaxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan TibbKollecinin “Hərbi feldşer işi” ixtisasını seçmiş və qəbul üçün keçid balını toplamış namizədlərqeyd olunan ixtisasa qəbul olunur.

 

    “Hərbi feldşer işi”  ixtisasına sənədlərin qəbulu 01 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində aparılacaq.

 

                                                    Əlaqə nömrələri:     545-03-53

 

                                                                                     545-03-52