Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” GİB-in təşkilatçılığı ilə “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi keçirilib.
Təlimdə ali təhsil müəssisələrinin beynəlmiləlləşmə strategiyaları, mövcud vəziyyətin təhlili kimi mövzular izah olundu və iştirakçılarla praktik məşğələlər həyata keçirilib.
Qeyd edək ki, region universitetlerindən 20 nəfər əməkdaşın iştirak etdiyi layihədə Naxçıvan Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova, Strateji inkişaf üzrə mütəxəssis Lətif Sadıqov və beynəlxalq əlaqələr şöbəsinin koordinatoru İlahə Hüseynova təmsil edib.