“Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha” konfrans

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 6-8 iyun 2024-cü il tarixdə Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha” mövzusunda üz-üzə və onlayn formatda beynəlxalq elmi konfrans keçiriləcək.

  

KONFRANSDA İŞTİRAK QAYDALARI:

     Məqalələrin göndərilməsi və dəyərləndirilməsi üçün son tarix: 10 may 2024-cü il

    Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçılara məqalələrin göndərildiyi ameanaxcivanbolmesi@gmail.com ünvanı vasitəsilə 20 may 2024-cü il tarixdə bildiriləcək.        

Beynəlxalq konfransın qonaqlama xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.

Konfransda hər bir məruzənin təqdim olunmasına 15 dəqiqə vaxt ayrılır.

 

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq: