Memarlıq və mühəndislik fakültəsində keçirilən vebinarda Meliorasiya və ekologiya kafedrasının müəllim və tələbələri iştirak ediblər.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov çıxış edərək mövzunun əhəmiyyətindən və indiki dövrdə aktuallığından bəhs edib. Həmçinin qida təhlükəsizliyinin insan sağlamlığında mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Qida zəncirinə nəzarət” şöbəsinin müdiri Orxan Orucov “Qida təhlükəsizliyinin ekoloji aspektləri” mövzusunda çıxış edib. Ekoloji amillərin qida təhlükəsizliyinə təsiri, ərzaq məhsullarının ekoloji təmizliyi və bu sahədə beynəlxalq standartlar barədə ətraflı məlumat verib.
Sonra digər çıxışlar dinlənilib.
İnteraktiv keçən vebinarda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.