Kursda iştirak edən tələbələr proqramlaşdırma problemlərini həll etmək üçün gərəkli strategiyalar barədə məlumatlanır və bir çox təcrübələr əldə edirlər. Eyni zamanda verilmiş tapşırıqların analiz edilməsi, alqoritmlərin və proqramlaşdırma strukturlarının düzgün tətbiq edilməsi və kodun sınanması kimi məsələlər ətrafında yeni bilgilər öyrənirlər.
Qeyd edək ki, aprel ayından başlanan kursun sonunda, tələbələr bir layihə üzərində işləmək və real həyatda tədqiqatların tətbiqi həyata keçirmək barədə gərəkli məlumatlar qazanacaqlar.