10 mart – 4 aprel 2025-ci il tarixləri arasında təşkil olunan təlimlərdə Mərkəzin mütəxəssisləri tərəfindən İnnovativ sahələr və onların əhəmiyyəti, Cnc Lazer texnologiyaları, 3D printer və 3D modelləmə, Pilotsuz uçuş texnologiyaları, Microbit , Arduino programlaşdırma , sensorlarla iş və elektrik dövriyələrin qurulması mövzusunda nəzəri və praktiki biliklər öyrədilib.
Təlimlərdə məqsəd tələbələrin öz ixtisas biliklərinin innovativ sahələrə inteqrasiyası,real həyatda ixtisas biliklərinin effektiv tətbiqi, ixtisaslarına uyğun yeni innovativ sahələrdə və həmçinin elektronika sahəsində mütəxəssisləşmənin əhəmiyyətini göstərməkdir.
Təlimin ilk günündə Micro kontrollerlərlə tanışlıq olub, Microbit arduino sensor və modullarla iş aparılıb. Sensor və modulların elektrik bağlantılarının kontrollerlərə düzgün bağlanması və onların proqramlaşdırılması dərsi keçirilib, modul və sensorların layihələrdə düzgün çalışması üçün elektrik və elektronika bilgisinin vacibliyi göstərilib.