Verilişin layihə rəhbəri NDU-nun Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev və Naxçıvan Televiziyasının redaktoru Aybəniz Əliyevadır. Ali təhsil ocağının ixtisaslı mütəxəssislərinin və psixologiya ixtisası tələbələrinin iştirakı ilə hazırlanan verilişdə psixoloji maarifləndirmə və psixoloji biliklərin daha geniş auditoriyaya yayılması hədəflənir.
Aparıcısı jurnalist Aybəniz Əliyeva olan verilişin ilk buraxılışı “Ailədaxili münasibətlər” mövzusuna həsr olunub. Qeyd edək ki, verilişin çəkilişi NDU-nun Elmi kitabxanasında aparılır.