Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə III-IV kurs tələbələri iki həftəlik yay istehsalat təcrübəsi davam edir

Türkiyənin Qazi Universitetinin Əczaçılıq fakültəsində Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə III-IV kurs tələbələri iki həftəlik yay istehsalat təcrübəsi davam edir.

Tələbələr Biokimya, Farmakologiya və Əczaçılıq kimyası bölmələrində olub, təcrübə toplayıb. Həmçinin heyət universitetin professor-müəllim heyətinin Hüceyrə kulturası, Dərmanların sintezi və digər mövzular haqqında seminarlarında iştirak ediblər.

Bildirək ki, növbəti günlərdə NDU nümayəndə heyəti Əczaçılıq texnologiyası, Əczaçılıq toksikologiyası, Farmakoqnoziya, Analitik kimya bölmələri üzrə təcrübələrdə olacaqlar.

Qeyd edək ki, 7 iyul tarixindən Türkiyənin qabacqıl ali təhsil müəssisələrində NDU-nun Tibb fakültəsinin 240 nəfərlik həkim, müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin təcrübə proqramına start verilib.