Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Beynəlxalq Təlim Aylığı çərçivəsində Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti, Memarlıq kafedrasının dosenti Gökhan Uşmanın iştirakı ilə “Dayanıqlılıq və enerji səmərəliliyi strategiyaları” mövzusunda müəllim və tələbələr üçün geniş təqdimatla çıxış edib.
Tədbirdə NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək memarlıq sahəsində ixtisaslaşmış, təcrübəli akademik Gökhan Uşmanın 2024/2025-ci tədris ilinin ikinci semestrində universitetdə qonaq müəllim kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Təlim zamanı dosent Gökhan Uşma dayanıqlılıq anlayışı, onun memarlıqla əlaqəsi və bu istiqamətdə qoyulan hədəflər barədə ətraflı məlumat verib. O, həmçinin yaşıl binalar, onların əhəmiyyəti və beynəlxalq sertifikatlaşdırma sistemləri ilə bağlı vacib məqamlara toxunub.
Daha sonra Naxçıvan Dövlət Universiteti adından elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə görə dosent Gökhan Uşmaya təşəkkürnamə təqdim edilib.