NDU-da “Bahar fəslində ahəng” adlı konsert keçirilib

   Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Fortepiano kafedrasının təşəbbüsü ilə baş tutan konsertdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, fakültənin müəllim və tələbələri iştirak edib.

Konsertdə universitetin bakalavr və magistr tələbələri eləcə də “Turan” instrumental ansamblı səhnə alıb.

 “Zərifliyin sehri”, Zekinya de Abreunun “Tico-tico no Fuba”, “Popuri”, Rolf Lovlandın “Adagio” Eric Burdon və Animalsın “House of the Rising Sun”, Astor Pyatsollanın “Libertanqo”, Valeriy Qavrilinin “Tarantella”, “”Daniil Kramerin “Rəqs edən skripkaçı” və digər musiqi əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək konsertin keçirilməsində əməyi olan hər kəsi təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, konsertin bədii rəhbəri Fortepiano kafedrasının baş müəllimi Fəridə Ağayevadır.