NDU-da Beynəlxalq təlim aylığı çərçivəsində “Mühəndislik ixtisaslarında maşın öyrənməsi və data elmi” adlı təlim keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Beynəlxalq Təlim Aylığı çərçivəsində Iğdır Universitetinin Kompüter mühəndisliyi kafedrasının dosenti Murat Karakılıçın iştirakı ilə “Mühəndislik ixtisaslarında maşın öyrənməsi və data elmi” mövzusunda təqdimat keçirilib.

Tədbirdə NDU-nun Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov çıxış edərək universitetdə təşkil olunan beynəlxalq təlimlərin əhəmiyyətini vurğulayıb, bu kimi tədbirlərin tələbə və müəllimlər üçün praktiki biliklərin artırılması baxımından önəmini qeyd edib.

Təlimçi Murat Karakılıç maşın öyrənməsi anlayışı, məqsədləri və növləri haqqında ətraflı məlumat verib. O, data elminin maşın öyrənməsindəki rolunu izah edib və mühərriklərdə podşipnik nasazlıqlarının faza yaddaşı əsasında aşkarlanması ilə bağlı nümunələr təqdim edib.

Daha sonra Naxçıvan Dövlət Universiteti adından elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə görə professor Murat Karakılıça təşəkkürnamə təqdim edilib.