Vebinarı Ege Universitetinin professoru Petek Ballar keçib. O, eyni zamanda “Spin-off” şirkətin qurucusudur.
Ali təhsil ocağının Tibb fakültəsində keçirilən vebinarda Protein Homeostazından Terapiyaya: Yaşlanma və Xərçəngdə Yeni Molekulların Təqibinə dair mövzuda ətraflı məlumat verilib.
Prof. Dr Petek Ballar 2001-ci ildə Ege Əczaçılıq Fakültəsində bakalavr dərəcəsini və 2007-ci ildə Merilend Universitetində, Baltimorda Molekulyar Tibb üzrə PhD dərəcəsini almışdır. 2008-ci ildən bəri Türkiyədə Ege Universiteti Əczaçılıq Fakültəsinin Biokimya Departamentində çalışır. Çoxsaylı milli və beynəlxalq layihələr həyata keçirmiş, TUBİTAK-də və Avropa Birliyinin Tədqiqat İnstitutunda idarəçilik etmişdir. Prof. Dr Petek Ballar Müxtəlif mükafatlara layiq görülmüşdür. O, “Spin-off” şirkətin qurucusudur.
Tədqiqat mövzusu: Protein Homeostazından Terapiyaya: Yaşlanma və Xərçəngdə Yeni Molekulların Təqibinə dair Təməl tibb fənləri kafedrasinda EGE universitetinin Professoru Petek Ballar tərəfindən vebinar kecirilmisdir.