Konfrans Tələbə Elmi Cəmiyyəti xətti ilə 7 aprel – Kimya Günü münasibətilə təşkil olunub.
Konfransı giriş sözü ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov açaraq ekoloji problemlərin müasir dövrdə aktuallığından və kimyanın bu problemlərin həllindəki rolundan bəhs edib.
Kimya kafedrasının müdiri Şəmil Mahmudov və Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Sonra Kimya, Torpaqşünaslıq və aqrokimya, Ekologiya mühəndisliyi və Biologiya ixtisaslarında təhsil alan tələbələrin məruzələri dinlənilib.
Ayla Abbasova “Sənaye tullantılarının yenidən istifadəsi və kimyəvi dövriyyə”, Şahmurad Rüstəmov “Yaşıl kimyada katalizatorların rolu və tətbiqi”, Nurlan Cəfərli “Ekoloji təmiz gübrələr və torpaq münbitliyinə təsiri”, Rüfət İsayev “Sənaye çirklənməsinin azaldılmasında yaşıl kimyanın rolu”, Zeynəb Əlizadə isə “Sintetik biologiya və yaşıl kimya: Ekoloji problemlərin həlli” mövzularında çıxış ediblər.
Sonda mövzuya dair videoçarx nümayiş olunub.