NDU-da Zahid Məmmədovla görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədovun tələbə və müəllimlərlə görüşü keçirilib. Tədbirdə universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov, "Xəzərin sahilindən..." proqramının aparıcısı Fəxriyyə Lilpar, , professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov elmi tədqiqatların genişləndirilməsi, tələbələrin bu sahədə fəallığının artırılması barədə danışıb. O, qeyd edib ki, universitetin strateji hədəflərindən biri gənc tədqiqatçılar üçün daha geniş imkanlar yaratmaqdır.  

Azərbaycan Dövlət İqtisad Universiteti, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransı barədə təəssüratlarını bölüşüb. O, konfransın gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışaraq, elmi fəaliyyətin inkişafı və keyfiyyətinin artırılması istiqamətində universitetlərarası əməkdaşlığın vacibliyini vurğulayıb. Tələbələrə elm və tədqiqat sahəsində aktiv olmağı tövsiyə edən direktor, onların ideyalarının reallaşdırılması üçün müxtəlif imkanlardan faydalanmağın yollarını izah edib.

Sonda görüş sual-cavab sessiyası ilə davam edib.