NDU Elmi Kitabxanasında “Ümumi fizika (Atom fizikası)” adlı dərs vəsaitinin təqdimatı olub

NDU Elmi Kitabxanasında Ümumi və nəzəri fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Nuridə Əkbərova və həmin kafedranın əməkdaşları Yaqut Şükürova, Xuraman Məmmədovanın həmmüəllifi olduqları “Ümumi fizika (Atom fizikası)” adlı dərs vəsaitinin təqdimatı keçirilib. 

Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  Məftun İsmayılov kitabın elmi dəyərindən bəhs edərək, müəlliflərin atom fizikası sahəsindəki elmi araşdırmalarını yüksək qiymətləndirib.

Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Billurə Hacıyeva, Ümumi və nəzəri fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Fərman Qocayev və Fizika ixtisasının IV kurs tələbəsi Fuad Vəlizadə anlayışların sadə və aydın şəkildə təqdim edildiyi dərs vəsaitini fizika elminə dəyərli töhfə olduğunu qeyd edib.

Sonda həmmüəllif Nuridə Əkbərova göstərilən diqqətə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.