NDU nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin rəqs qrupu Azərbaycan birincisi olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin rəqs qrupu böyük uğura imza atıb.

Kollecin rəqs qrupu "Tənzərə" (Şərur yallısı) yallısı ilə rəqs nominasiyası üzrə birinci yerə layiq görülüb. Peşə və orta ixtisas təhsili müəsissələrinin tələbələri arasında keçirilən müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, müsabiqənin yekun konserti və qaliblərin təltif olunması mərasimi may ayında Bakı şəhərində keçiriləcək.