NDU-nun Fizika-riyaziyyat fakültəsində “Məntiq elementləri, onlar əsasında qurulan kodlayıcılar və multipleksorlar” mövzusunda vebinar keçirilib

12 mart 2025-ci il tarixində, Fizika-riyaziyyat fakültəsinin akt zalında onlayn formatda keçirilən vebinarda əvvəlcə fakültə dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək keçirilən vebinarın tələbələr üçün vacibliyindən bəhs edib. Bildirilib ki, belə vebinarların davamlı keçirilməsi tələbələrin şəxsi inkişafına müsbət təsir göstərir. Məftun İsmayılov vebinarın interaktiv və faydalı keçməsi üçün tələbələri sual-cavab sessiyasında aktiv olmağa çağırıb 

          Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası” laborotoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Rəhim Ələkbərov “Məntiq elementləri, onlar əsasında qurulan kodlayıcılar və multipleksorlar”  mövzusunda onlayn vebinar keçib.

          Vebinar öz işini sual-cavab şəklində davam etdirib.