NDU və BDU Elmi Kitabxanaları arasında onlayn görüş olub: beynəlxalq elektron bazalara yeni çıxış imkanları müzakirə olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının rəhbər heyəti və əməkdaşları arasında onlayn görüş keçirilib.  Görüşdə NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova, BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, şöbə müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifova və hər iki kitabxananın əməkdaşları iştirak ediblər.

NDU və BDU Elmi Kitabxanaları arasındakı görüşdə əsas məqsəd əməkdaşlığın daha da inkişaf etdirilməsi, kitab resurslarının mübadiləsi və beynəlxalq elektron bazalara yeni çıxış imkanlarının genişləndirilməsi olub.

Onlayn formatda baş tutan görüşdə Xumar Məmmədova və Nigar İsmayılova universitet kitabxanalarının fəaliyyəti, resursları və inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər.

Sonra qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.