7 iyul tarixindən etibarən Türkiyənin qabaqcıl ali təhsil müəssisəsi olan Qazi Universitetində Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə III və IV kurs tələbələrinin təcrübə proqramı davam edir.
Tələbələr Qazi Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılıq mikrobiologiyası bölməsində təcrübə keçiblər. Təcrübə zamanı bölmənin müdiri, professor Berrin Özçelikin rəhbərliyi ilə qidalı mühitlərin hazırlanması, mikrobların əkilməsi, disk diffuziya üsulu və digər laborator proseslər həyata keçirilib.
Qeyd edək ki, təcrübə proqramı 18 iyul tarixinədək davam edəcək.