“Tibb” (SABAH qrupları) ixtisası üzrə tələbələrin Ankara Universitetində Tibb fakültəsində iki həftəlik yay istehsalat təcrübə proqramı davam edir

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Tibb” (SABAH qrupları) ixtisası üzrə tələbələrin Ankara Universitetində Tibb fakültəsində iki həftəlik yay istehsalat təcrübə proqramı davam edir.
Tələbələr Ginekologiya, Daxili xəstəliklər, Təcili tibbi yardım, Ümumi cərrahiyyə bölmələri üzrə təcrübələr keçirlər.

Yay təcrübə proqramı dövründə tələbə Zaur Məhərrəmov müxtəlif tibbi əməliyyatlarda assistent olaraq iştirak edib və praktik vərdişlərini daha da təkmilləşdirmək imkanı qazanıb.
Qeyd edək ki, təcrübə müddəti 7-18 iyul tarixlərini əhatə edir.