Elan

E L A N!

Naxçıvan Dövlət Universiteti 2024-2025-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul və dissertanturaya təhkim olunma üçün sənəd qəbulu elan edir! Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq). Doktoranturaya qəbul olunmaq istəyən şəxs sənədlərini portala yükləməlidir.

  

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

 

·         ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

·         kadrların şəxsi-qeydiyyat vərəqi;

·         tərcümeyi-hal;

·         2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

·         şəxsiyyəti təsdiq edən sənədin surəti;

·         iş yerindən xasiyyətnamə;

·         iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

·         çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

·         ali təhsil müəssisəsini bitirmək haqqında diplomların müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə, təhsilin magistratura pilləsini və yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) tamamlanmadığı halda təhsi pilləsinin son ilində təhsil alındığına dair arayış (yalnız ölkə universitetlərində təhsilalanlar üçün);

·         fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).

Müəssisə rəhbərinin sədrliyi ilə fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərləri, aparıcı əməkdaşlar və doktorantların potensial elmi rəhbərlərindən ibarət yaradılmış qəbul komissiyası tərəfindən doktoranturaya sənəd qəbulu və bununla bağlı digər tədbirlərin (sənədlərin düzgün olması, ixtisas uyğunluğunun müəyyən edilməsi, elmi rəhbərlərin təyin olunması və s.) həyata keçiriləcəkdir. Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxs ali təhsil müəssisəsinə dəvət olunacaq, nəzərdə tutulan elmi rəhbər onunla müsahibə keçdikdən sonra o, rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edəcəkdir. İmtina olunduğu halda namizədə digər elmi rəhbər təklif olunacaqdır. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlana bilməz.

Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir. Portalla iş üzrə təyin edilmiş məsul şəxs qeydiyyatdan keçən uyğun namizədlərin sənəd qəbulunu təsdiq edir. Namizədlər xarici dil üçün müraciət mərhələsinə buraxılırlar. (“Xarici dil” imtahanının 09.06.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur, imtahanda iştirak üçün namizədlər dim.gov.az saytından qeydiyyatdan keçməlidirlər və ya qüvvədə olan dil sertifikatları olduğu halda dil sertifikatı ilə müraciət etməlidirlər).  

“Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş namizədlər “Fəlsəfə” fənnindən imtahan mərhələsinə buraxılacaqlar (“Fəlsəfə” fənni üzrə imtahanın 2, 3, 4 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur). “Fəlsəfə” fənnindən “məqbul” alan namizədlər ixtisas imtahanı mərhələsinə buraxılacaqlar (İxtisas imtahanlarının 9,10, 11 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).

Dissertant təhkim olunmaq istəyən şəxslər “Xarici dil” imtahanından keçid balını toplamışlarsa, həmin şəxslər üçün ali təhsil müəssisəsi tərəfindən müsahibə keçirilir və iddiaçının təhkim olunması haqqında qərar qəbul edilir.

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

Doktorantura

Dissertantura

Doktorantura

Dissertantura

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
 əsaslarla
***

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
 əsaslarla
***

o cümlədən

o cümlədən

əyani

qiyabi

əyani

qiyabi

Naxçıvan Dövlət Universiteti

1202.01

Analiz və funksional analiz

1

 

1

 

 

 

 

 

2303,01

Qeyri-üzvi kimya

1

 

1

 

 

 

 

 

2306,01

Üzvi kimya

1

 

1

 

 

 

 

 

2417.01

Botanika

1

 

1

 

 

 

 

 

3220,01

Pediatriya

1

 

1

 

 

 

 

 

3226,01

Stomatologiya

1

 

1

 

 

 

 

 

3338,01

Sistemli analiz və idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

 

 

 

1

 

 

 

 

5308.01

Ümumi iqtisadiyyat

 

 

 

1

 

 

 

 

5311.01

Müəssisələrin təşkili və idarə olunması

1

1

 

 

 

 

 

 

5312.01

Sahə iqtisadiyyatı

 

 

 

1

 

 

 

 

5310.01

Dünya iqtisadiyyatı

1

1

 

 

 

 

 

 

5503.02

Vətən tarixi

1

 

1

 

1

 

1

 

5706.01

Azərbaycan dili

1

1

 

 

 

 

 

 

5708.01

German dilləri

1

1

 

 

 

 

 

 

5709.01

Roman dilləri

1

 

1

 

 

 

 

 

5716,01

Azərbaycan ədəbiyyatı

1

 

1

 

 

 

 

 

5720.01

Jurnalistika

1

 

1

 

 

 

 

 

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası

1

1

 

 

 

 

 

 

5802,01

Təhsilin təşkili və planlaşdırılması

1

 

1

 

 

 

 

 

5804.01

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

1

 

1

 

 

 

 

 

6213.01

Musiqi sənəti

1

 

1

 

 

 

 

 

6215.01

Təsviri sənət

1

 

1

 

 

 

 

 

 

                                  Cəmi:

19

5

14

3

1

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə məlumat üçün həftə içi 09:00-18:00 saatları arasında əlaqə saxlaya bilərsiniz: 3302