Naxçıvan Dövlət Universitetində “İnsan Hüquqları sahəsində təlim proqramı” layihəsi baş tutub

Naxçıvan Dövlət Universitetinin və Naxçıvan MR Vəkillər Kollegiyasının dəstəyi, ELSA Naxçıvanın təşkilatçılığı ilə keçirilən təlim proqramında ilkin olaraq Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası Atilla Öztürk tərəfindən “Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi mexanizmləri və problemləri” mövzusunda təlim keçirilib.

Sonra Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovun moderatorluğu ilə “Avropa İnsan Hüquqları Konvensiyası – işgəncə” mövzusunda panel müzakirə baş tutub. Panel müzakirədə Naxçıvan MR Babək rayon məhkəməsinin hakimi Günay İsmayıl, Naxçıvan MR Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov və Naxçıvan MR Prokurorluğunun şöbə rəisi Faiq Səfərov iştirak edib və verilən sualları cavablandırıb.

Sonda Naxçıvan MR Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi İsmayıl Qəribli tərəfindən “İnsan Hüquqlarının məhkəmə qaydasında müdafiəsi” mövzusunda təlim baş tutub.