“Pasha Holding”-ə daxil olan “Umico” şirkəti Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirib

Umico şirkəti Azərbaycanın regionlarında gənc kadrların kəşf edilməsi və iş imkanlarının genişləndirilməsi üzrə layihəyə start verib. Layihənin məqsədi tələbələrin və yeni məzun olmuş şəxslərin iş təcrübəsinin artırılmasıdır.

Bu münasibətlə Umico şirkətinin əməkdaşları 23-24 aprel tarixlərində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşlər keçiriblər. Görüşlərdə tələbələrə iş imkanları, karyera yüksəlişləri ilə bağlı məlumat verilib.

Qeyd edək ki, Umico şirkəti 2023-cü ildə ən çox təcrübəsi olmayan gəncləri işə cəlb etdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1-ci yerə layiq görülüb.