25-26 noyabr 2025-ci il tarixlərində “İxtisas” fənnindən doktorluq imtahanları və “Fərq” imtahanlarının keçirilməsi nəzərdə tutulub. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlardan aşağıdakı sənədləri təqdim etməklə Magistratura və doktorantura mərkəzinə müraciət etməsi xahiş olunur:
1. Doktorantın müraciət ərizəsi;
2. Elmi rəhbərdən imtahanda iştirak üçün razılıq rəyi;
3. Dissertasiyaya aid 20 sualın kafedra iclasında təsdiq olunmasına dair iclas protokolundan çıxarış.
Ərizələrin qəbulu üçün son tarix 14 noyabr 2025-ci il saat 18:00-a qədərdir.
Kənar müəssisələrin doktorant və dissertantları yuxarıda qeyd olunan sənədlərlə yanaşı, doktorant və ya dissertantı olduqları müəssisənin məktubunu təqdim edərək imtahanda iştirak edə bilərlər. Sənədlərin yalnız əsli qəbul olunur.
İxtisaslar üçün komissiyalar İmtahan komissiyasına verilmiş tələblər əsasında yaradılacaq. Şərtlərə uyğun komissiya yaradılması mümkün olmadıqda doktorant və dissertant müvafiq müdafiə şurasında ixtisas imtahanı verə bilər.