Naxçıvan Dövlət Universitetində SABAH qruplarının tələbələri ilə görüş keçirilib

17.12.2025

Naxçıvan Dövlət Universitetində SABAH qruplarının tələbələri ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tibb fakültəsində SABAH qruplarında “Tibb” ixtisası üzrə təhsil alan II kurs tələbələri ilə çay süfrəsi arxasında görüşüb. Görüşdə tələbələrlə açıq müzakirələr aparılıb, onların təklif və fikirləri dinlənilib.

Rektor SABAH qruplarının ali təhsildə mühüm layihə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu proqramın NDU-da “Tibb” ixtisası üzrə ingilis və Azərbaycan dillərində tədris edilməsi tələbələrin peşəkar hazırlığına mühüm töhfə verir.

Görüş zamanı tələbələr tədris prosesi ilə bağlı məsələləri diqqətə çatdırıblar. Rektor səsləndirilən təkliflərin nəzərə alınaraq onların həlli istiqamətində addımlar atılacağını bildirib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qrupları 2024–2025-ci tədris ilindən fəaliyyət göstərir.

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı