Naxçıvan Dövlət Universitetində “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda III Beynəlxalq Simpoziumun panel müzakirələri keçirilib

17.12.2025

Naxçıvan Dövlət Universitetində “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda III Beynəlxalq Simpoziumun panel müzakirələri keçirilib

Dekabrın 16-da simpoziumun açılış tədbirindən sonra 17-si bölmə iclasları baş tutub. Beş salonda 15 panel üzrə 150-dən çox elmi məruzə təqdim olunub. Tədbirdə 10-u xarici ölkədən olmaqla, 30-a yaxın  elm və təhsil müəssisəsinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, simpoziumun panel müzakirələrində texnoparkların iqtisadi səmərəliliyi, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tətbiqi tədqiqatların kommersiyalaşdırılması, iqtisadiyyat,  mühəndislik, informasiya texnologiyaları və tibb ixtisasları üzrə praktiki bacarıqların formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İki  gün davam edən simpoziumda məruzəçilərə sertifikatlar təqdim olunub.