Qafqaz Universitetinin müəllimi Prof. Dr. Savaş Yıldız tərəfindən NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Baytarlıq təbabətində reproduktiv biotexnologiyanın tətbiqi” adlı seminar keçirilib

Seminar çərçivəsində kafedranın müəllim heyətinə və tələbələrinə klassik və müasir biotexnoloji üsulların baytarlıq sahəsində aparılan elmi tədqiqatlarda tətbiqinə dair nümunələr təqdim olunub.

Spermaların dondurulması, embrion transferi, klonlaşdırma, spermanın cinsə görə ayrılması (sperm sexing), intrasitoplazmik sperma inyeksiyası, eləcə də heyvanlarda gen transferi və transgen orqanizmlər barədə ətraflı məlumat verilib.