Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransında 3 istiqamət üzrə 3 paneldə 10 müəssisə tərəfindən 38 müəllifin təqdim etdiyi 23 məqalə üzrə bölmə iclasları olub.
Azərbaycan Tibb Universitetinin 95 illi yubileyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransında isə 27 elm-təhsil müəssisəsi tərəfindən 7 panel üzrə 92 məruzəçi tərəfindən təqdim olunan 87 məqalə bölmə iclaslarında dinlənilib.
İki gün ərzində davam edən konfransların sonunda iştirakçılara sertifikatlara verilib.