Məlum olduğu kimi, 7-18 iyul tarixini əhatə edəcək NDU-nun 240 nəfərlik professor-müəllim və tələbələrdən ibarət heyətinin Türkiyənin qabaqcıl universitetlərində təcrübələri başlayıb.
Bu gündən NDU-nun Tibb fakültəsinin 6 həkim, 1 həkim-rezident və 9 tələbədən ibarət heyəti Türkiyənin nüfuzlu Hacettepe Universitetində təcrübədə olacaqlar.
Ümumi cərrahiyyə, Pediatriya, Qadın doğum və xəstəlikləri, Yoluxucu xəstəliklər və digər bölmələrində təcrübə keçəcəklər.