Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilən layihə yerli və milli mədəniyyətin, ənənələrin və tarixi irsin önəmini vurğulamaq, bu dəyərlərin gənc nəsillər arasında təbliğini təşviq etmək məqsədi ilə keçirilib. Forumda akademiklər, mədəniyyət xadimləri, təhsil işçiləri kimi müxtəlif peşə sahələrindən olan şəxslər fikir mübadiləsi aparıb. Qeyd edək ki, layihə çərçivəsində bilik yarışı, qədim sənət nümunələrimizlə məşğul olan sənətkarlarla görüş, milli yeməklərimizdən ibarət kulinariya sərgisidə keçirilib.
Layihədə qeydiyyatdan keçən ilk 50 nəfər iştirak hüququ qazanıb.
Sonda isə layihə çərçivəsində aktivlik göstərmiş iştirakçılar sertifikatla təltif edilib.