Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Kreditləri ilə bağlı görüş keçirilib

Naxçıvan Dövlət Universitetində  birinci kurslarla görüşdə kredit sistemilə tədrisin təşkili, Təhsil Tələbə Kreditləri və universitetdə imtahan sessiyasının təşkili ilə bağlı ətraflı məlumat verilib.

Monitorinq və Qiymətləndirmə Bölməsi dekabr ayının əvvəlindən başlayaraq bütün fakültələrdə birinci kurs və digər kursların tələbələri ilə intensiv görüşlər keçirib.

Görüşlərdə kredit sistemilə tədrisin təşkili haqqında məlumat verilib, Təhsil Tələbə Kreditinin sosial və standart növlərinə hansı şərtlər daxilində müraciət edilməli olduğu, kreditlərin geri ödənilməsindəki güzəştlər, eləcə də TTK-ya müraciət prosesinin necə həyata keçirilməsi diqqətə çatdırılıb.

Daha sonra universitetdə imtahan sessiyasının təşkili, imtahanların keçirilmə formaları və ümumi imtahan qaydaları, eləcə də daxili intizam qaydaları barədə tələbələrə geniş məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.