Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Kembric Məktəbinin 2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş görüş keçirilib.
Rektor Elbrus İsayev çıxış edərək, Kembric proqramının tətbiqinin şagirdlərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlar əldə etməsinə mühüm şərait yaratdığını vurğulayıb. O qeyd edib ki, bu proqram gələcəkdə şagirdlərin dünya universitetlərinə qəbul imkanlarını artırır, onların qlobal düşüncə tərzinin formalaşmasına və intellektual inkişafına böyük töhfə verir.
Kembric Məktəbinin akademik koordinatoru Fabian Chavez proqramın uğurlu nəticələrindən, şagirdlərin inkişafında yaratdığı müsbət dəyişikliklərdən danışıb.
Görüş zamanı Kembric proqramının həyata keçirilməsində göstərdiyi dəstəyə və peşəkarlığa görə akademik koordinator Fabian Chavezə universitet rəhbərliyi tərəfindən xüsusi təşəkkürnamə təqdim olunub.