Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professor-müəllim heyətinin Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hacettepe Universitetinin Tibb fakültəsində ixtisasartırma kursu davam edir.
NDU-nun professor-müəllim heyəti Hacettepenin Cərrahiyyə, Pediatriya, Reanimasiya və digər şöbələrində əməliyyat və müayinələrdə olur, təcrübələrini bölüşürlər.
Qeyd edək ki, hazırda NDU-nun 6 həkim, 1 həkim-rezident və 9 tələbədən ibarət qrupu iyulun 7-dən 18-dək Hacettepe Universitetindədirlər.