Naxçıvan Dövlət Universitetin Tibb fakültəsinin bir qrup heyəti Qazi Universitetinin Tibb fakültəsində təcrübədədirlər

7 iyul tarixindən Naxçıvan Dövlət Universitetin Tibb fakültəsinin 2 həkim, 32 tələbədən ibarət bir qrup heyəti Türkiyənin nüfuzlu Qazi Universitetinin Tibb fakültəsində təcrübədədirlər.

Tələbələr Qadın doğum və xəstəlikləri, Təcili tibbi yardım, Daxili xəstəliklər və Pediatriya bölmələrində müəyyən proqram əsaslı təcrübə keçəcəklər.