NDU-da həkim stomatoloq  Rəşad Muradov tərəfindən vörkşop keçirilib

 Naxçıvan Dövlət Universitetində Bakı şəhərindən dəvət olunmuş həkim stomatoloq Rəşad Muradov “Şəffaf kappalar” mövzusunda vörkşop keçib.

Təcrübi dərsdə NDU Tibb fakültəsinin Stomatologiya ixtisasında təhsil alan yerli və əcnəbi tələbələr iştirak edib.

Dərs zamanı tələbələrə elaynerlərin tarixi inkişafı, ölçülər və dijital modellər, şəffaf kappa müalicələrinin planlanması, elaynerlərin biomexanikası, elaynerin diş hərəkətlərində imkanları və mövzuya dair əyani vəsaitlərdən istifadə olunmaqla ətraflı izah verilib.

Qeyd edək ki, vörkşop 20-21 may tarixlərində “Stomatologiyada İnnovasiyalar” mövzusunda Beynəlxalq Naxçıvan Konfransı çərçivəsində baş tutub.