Məlum olduğu kimi, 7 iyun tarixindən NDU-nun 240 nəfərlik professor-müəllim və tələbələrdən ibarət heyəti Türkiyənin Hacettepe, Ankara, Qazi kimi bir çox qabaqcıl universitetlərində təcrübələrə başlayıb.
Qara Dəniz Texniki Universitetinin Farabi xəstəxanasına Tibbi təcrübə dövrü keçəcək NDU-nun Tibb fakültəsinin 44 nəfər tələbə müəllim heyəti artıq Türkiyənin Trabzon şəhərindədir. Bu müddətdə Tibb, Stomatologiya və Psixologiya ixtisasının tələbələri müxtəlif bölmələrdə təcrübədə iştirak edəcəklər.
Qeyd edək ki, ilk gün tələbələr Trabzon şəhərində yerləşən Atatürk köşkündə olublar. Bu gündən etibarən təcrübələr başlanıb.