7 iyul tarixindən NDU-nun 240 nəfərlik professor-müəllim və tələbələrdən ibarət heyətinin bir qrupu Türkiyənin Qara Dəniz Texniki Universitetinin Farabi xəstəxanasında Tibbi təcrübə dövrünə başlayıb.
Təcrübənin ilk günündə NDU-nun təcrübədə iştirak edən heyətini Farabi xəstəxanasının baş həkim köməkçisi və Diş həkimliyi fakültəsinin dekanı qəbul edib, tələbələrin ixtisasları üzrə təcrübə keçəcəkləri bölmələr qeyd olunub.
Qeyd edək ki, 18 iyul tarixinədək NDU-nun Tibb fakültəsinin 44 nəfərlik tələbə-müəllim heyəti tərkibində Tibb, Stomatologiya və Psixologiya ixtisasının tələbələri müxtəlif bölmələrdə təcrübələrdə iştirak edəcəklər.