NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. Namizədlər “Fəlsəfə” fənni üzrə biliklərini nümayiş etdiriblər.
Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramında doktoranturaya ümumilikdə 43 nəfər müraciət edib. Onlardan 21 nəfər xarici dil imtahanından müvafiq keçid balını toplayaraq “Fəlsəfə” fənnindən imtahanda iştirak etmək hüququ qazanıb.
Ümumilikdə imtahanda 18 namizəd iştirak edib. Məqbul nəticə əldə edən namizədlər 9–11 sentyabr tarixlərində  keçiriləcək “İxtisas” fənnindən imtahanda iştirak edəcəklər.