NDU-nun Tibb fakültəsinin bir qrup heyəti Ankara Universitetinin Diş həkimliyi fakültəsində təcrübə  proqramında iştirak edirlər

NDU-nun Tibb fakültəsinin 1 həkim,13 tələbədən ibarət heyəti Ankara Universitetinin Diş həkimliyi fakültəsində təcrübə  proqramında iştirak edirlər.

Tələbələr Ağız, üz- çənə cərrahiyyəsi, Ortodontiya, Parodontoloji, Oral radiologiya, Protez və Endodontiya bölmələrində 7-18 iyul tarixlərini əhatə edəcək təcrübə dövrü  keçəcəklər.

Xatırladaq ki, Naxçıvan Dövlət Universitetin 240 nəfərlik professor-müəllim və tələbələrdən ibarət heyətinin Türkiyənin öncül ali təhsil ocaqlarında olan təcrübə proqramları davam edir.