NDU-nun Tibb fakültəsinin 1 həkim,16 tələbədən ibarət qrupu Ankara şəhərində Qazi Universitetinin Diş həkimliyi fakültəsində təcrübə proqramında iştirak edirlər.
Təcrübə müddəti 7-18 iyul tarixlərini əhatə edəcək. Bu müddət ərzində tələbələrimiz Ortodontiya, Ağız, üz- çənə cərrahiyyəsi, Oral radiologiya, Parodontoloji, Endodontiya, Protez bölmələrində təcrübə keçəcəklər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetin 240 nəfərlik professor-müəllim və tələbələrdən ibarət heyətinin təcrübə prqramı Türkiyənin nüfuzlu ali təhsil ocaqları olan Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki universitetlərində təşkil olunur.