NDU-nun Tibb fakültəsinin bir qrup heyəti İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində təcrübə proqramında iştirak edirlər

NDU-nun Tibb fakültəsinin 3 həkim, 3 müəllim, 9 həkim-rezident və 43 tələbədən ibarət heyəti İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində təcrübə proqramında iştirak edirlər.

Heyət 7-18 iyul tarixlərində Daxili xəstəliklər, Pediatriya, Qadın doğum və xəstəlikləri, Biokimya, Xalq sağlamlığı və digər bölmələr üzrə təcrübələrdə olacaqlar.

Həmçinin bu müddət ərzində NDU-nun 13 tələbəsi də proqrama uygun olaraq Ege Universitetinin Əczaçılıq fakültəsində təcrübədədirlər.