Rektor Elbrus İsayev əcnəbi professorlar ilə görüşüb

 Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev   Beynəlxalq Təlim Aylığı çərçivəsində universitetdə qonaq olan əcnəbi professor heyətini qəbul edib.  Görüşdə Türkiyə, Özbəkistan, Amerika və Yaponiyadan olan təlimçilər və universitetin rəhbər heyəti iştirak edib.

 

Rektor Elbrus İsayev  professorların dəvəti qəbul edib Beynəlxalq Təlim Aylığı müddətində universitetdə iştirakını yüksək qiymətləndirib.  Professorlar ilə universitet əməkdaşlarının ortaq elmi tədqiqatlarının  uğurlu nəticələr qazandırdığını qeyd edib. Eyni zamanda bu əməkdaşlıqlardan gələcəkdə  daha böyük layihələrin yaranacağını əlavə edib.

 

Bu semestr universitetdə qonaq olan əcnəbi porfessorlar keçirilən təlimlərdə böyük maraq və təşəbbüskar fəaliyyət olduğunu vurğulayıb. Təlimlərdə müzakirələrin yaddaqalan olduğunu və daha sıx əməkdaşlıqların qurulduğunu bildiriblər.

 

Qeyd edək ki, “Beynəlxalq təlim aylığı” çərçivəsində 6 fərqli ölkədən (ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistan) 21 təlimçi NDU-da 5 sahə (təhsil, elm, beynəlmiləlləşmə, resurslar, dayanıqlılıq) üzrə 21 mövzuda təlim keçir. Təlimlər 3 dildə (azərbaycan, türk və ingilis) aparılır. Həmçinin  təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edə bilir. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat verilir.