Tədbirdə dünya estrada və caz musiqisinin məşhur nümunələri ifa olunub. Musiqisevərlərə nostalji ovqat bəxş edən gecədə tanınmış əsərlər caz improvizasiyaları ilə təqdim olunub.
NDU-nun konsertmeysteri Orxan Rəsullunun bədii rəhbərliyi ilə keçirilən konsert proqramında “Dolphine”, “Misty”, “Fly Me to the Moon”, “Smile”, “Wave”, “All the Things You Are”, “What Are You Doing for the Rest of Your Life”, “La Campanella”, “My One and Only Love” və “Winter” kimi musiqi nömrələri ifa edilib.
Tədbirin sonunda universitetin rektoru Elbrus İsayev konsertin təşkilatçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, Naxçıvanda caz musiqisinin təbliği və belə tədbirlərin təşkili tələbələrin estetik dünyagörüşünün formalaşmasına, musiqi mədəniyyətinin inkişafına və müxtəlif musiqi janrlarına marağın artırılmasına xidmət edir.
Konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.




