NDU TEC sədri Yusif Mirzəzadənin moderatorluğu ilə keçirilən panel müzakirədə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Bəhruz Məmmədov və Naxçıvan Dövlət Universitetinin “Sosial və ictimai münasibətlər” kafedrasının müəllimi Ramil Orucəliyev iştirak ediblər.
Məruzəçilər öz çıxışlarında Ulu Öndərin respublikaya I rəhbərlik dövründə əldə olunmuş uğurlar, ermənilərin Qarabağa olan iddialarının qarşısının alınmasında və Naxçıvanın qorunub saxlanmasında tarixi xidmətləri, Azərbaycanın tarixi memarlıq irsinin mühafizəsi və dövlət şəhərsalma siyasətinin formalaşdırılması ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda xatirə fotosu çəkdirilib.
.jpeg)



