Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisası üzrə IV və V kurs tələbələri Türkiyədə keçirilən nüfuzlu elmi tədbirdə universitetimizi uğurla təmsil ediblər.
İstanbul Aydın Universitetində təşkil olunan “4. Ulusal Genç Diş Hekimleri ve Öğrencileri Kongresi” çərçivəsində tələbələrimiz həm poster təqdimatları, həm də məruzələrlə çıxış edərək böyük maraq və rəğbət qazanıblar.
Konqresdə Türkiyənin və müxtəlif ölkələrin ümumilikdə 12 fərqli universitetindən 18 məruzəçi iştirak edib. Bu iştirakçılar arasında NDU-nun IV kurs tələbəsi Nübar Tatarova sözlü təqdimat kateqoriyası üzrə I yerə layiq görülərək böyük uğura imza atıb.
Bu nailiyyət tələbələrimizin elmi potensialını, araşdırma bacarıqlarını və beynəlxalq platformalarda rəqabət qabiliyyətini bir daha nümayiş etdirir.
Universitetimizi layiqincə təmsil edən bütün tələbələrimizi ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!




